...

Vəhdət Partiyası son qərarını noyabrın 22-də verəcək

Siyasət Materials 16 Noyabr 2005 17:52 (UTC +04:00)

"Vəhdət Partiyası Azərbaycançı Qüvvələr seçki blokundan çıxmaq barədə son qərarını noyabrın 22-də verəcək". Bu barədə Trend ə adıçəkilən partiyanın mətbuat xidmətinin rəhbəri Rəsul Əliyev bildirib.

R.Əliyevin bildirdiyinə görə partiyanın Siyasi Şurasının noyabrın 16-da keçirdiyi toplantısında qərara alınıb ki, hələlik adıçəkilən blokun tərkibində fəaliyyət göstərsinlər: "Siyasi Şuranın növbəti toplantısı ilə noyabrın 22-də olacaq. Bu toplantıda partiyanın blokun sıralarını tərk etməsi məsələsi müzakirə olunacaq".

Partiya rəsmisinin sözlərinə görə çox güman ki, "Vəhdət" blokun sırasını tərk edəcək. Bunun üçün çox əsas var.

Xəbər lenti

Xəbər lenti