...

Azərbaycanın politoloqları Rusiyanın Hesablama Palatasının ünvanına tənqidlə çıxış ediblər

Siyasət Materials 16 Noyabr 2005 18:07 (UTC +04:00)

Sergey Stepaşinin qonşu dövlətə münasibətdə hər hansı bəyanat vermək səlahiyyəti yoxdur və onun Yerevanda verdiyi bəyanat "təxribatdır". Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Rusiya Hesablama Palatasının sədri Sergey Stepaşinin Rusiyaya "Azərbaycan ərazisində Amerikanın radiolokasiya stansiyalarının yerləşdirilməsinin mümkünlüyü barədə tam və bitkin məlumat" verilməsinin zəruriliyi barədə bəyanatını şərh edərkən bildirib.

"Belə bəyanatlar Azərbaycan-Amerika qarşılıqlı münasibətlərinin pisləşməsini yönəlib. Azərbaycan müstəqil dövlətdir. O Rusiyanın müstəmləkəsi deyil və ABŞ-la əməkdaşlığı inkişaf etdirmək üçün tam hüquqa malikdir", -deyə Azərbaycan prezidentinin keçmiş dövlət müşaviri bildirib.

Öz növbəsində, politoloq Mübariz Əhmədoğlu Azərbaycanın hər hansı bir dövləti öz ərazisində hərbi obyektlər yerləşdirilməsi ilə bağlı məlumatlandırmamalıdır. "Qəbələ RLS-nın icarəsi ilə bağlı Moskva ilə razılaşma imzalayarkən rəsmi Bakı öz mövqeyini Vaşinqtonla razılaşdırmamışdı. Bu, Amerika RLS-nın Azərbaycanda yerləşdirilməsi məsələsində Rusiyaya da aiddir", -deyə M. Əhmədoğlu bildirib və adıçəkilən radiolokasiya stansiyalarının həm cənubda, həm də Xəzər dənizi akvatoriyasında respublikanın sərhədlərinin təhlükəsizliyinin qorunması məqsədi daşıdığını qeyd edib.

Politoloq Zərdüşt Əlizadə isə Hesablama Palatasının sədrinin bu bəyanatını "Rəsmi Yerevanı müvəqqəti sakitləşdirmək üçün uzağıgörməyən addımN kimi qiymətləndirib. Onun sözlərinə görə, Rusiyanın Azərbaycan ərazisində hansısa obyektin yerləşdirilməsi barədə informasiyaya ehtiyacı yoxdur.

"Moskvada belə informasiyalar həddindən artıq çoxdur. Özü də Azərbaycanın şimalında regionda ən güclü Qəbələ RLS-nın fəaliyyət göstərdiyi bir halda və zəif amerikan stansiyalarını sadəcə olaraq onunla müqayisə etmək olmaz", -deyə sonda politoloq bildirib.

Xəbər lenti

Xəbər lenti