Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokunun noyabrın 19-da planlaşdırdığı yürüş-mitinqinə izacə verib. Bu barədə Trend ə "Azadlıq" blokundan məlumat verilib. Paytaxt rəhbərliyi müxalifətçilərə noyabrın 19-da saat 15.00-dan 17.00-dək metronun "20 Yanvar" stansiyası yaxınlığından başlayaraq "Qələbə" meydanınadək yürüş-mitinq keçirməsinə razılıq verib.
Noyabrın 20-nə nəzərdə tutulan aksiyaya isə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verməyib. İcra hakimiyyətinin cavab məktubunda bunun səbəbləri göstərilməyib.
Qeyd edək ki, "Azadlıq" bloku noyabrın 19-da və 20-də "Qələbə" meydanında aksiya keçirmək üçün müraciət etmişdi.