...

Azərbaycan XİN başçısı AB-nin rəsmi şəxsləri ilə görüşlər keçirib

Siyasət Materials 16 Noyabr 2005 18:30 (UTC +04:00)

Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov Brüsseldə Avropa Birliyinin (AB) rəsmi şəxsləri ilə həmin təşkilatla ölkənin əməkdaşlıq perspektivlərini müzakirə edib. Bu barədə Trend ə AR XİN-in mətbuat mərkəzində bildirilib.

AR xarici işlər naziri AB nazirlər Şurasının xarici əlaqələr və hərbi-siyasi məslələr üzrə baş direktoru Robert Kuper, Avropa xarici əlaqələr komissiyası baş direktorluğunun direktor müavini Maykl Li və AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Helki Talvitie ilə bir sıra görüşlər keçirib.

Görüşlərdə Yeni qonşuluq Siyasəti çərçivəsində hərəkət Planına hazırlıq üzrə Azərbaycan ilə danışıqların başlaması, Azərbaycan və Ermənistan arasındakı münaqişə və bütövlükdə Cənubi Qafqazda vəziyətlə bağlı məsələlərə toxunulub.

AB-nin rəsmi nümayəndələri yeni qonşuluq siyasətində Azərbaycan ilə danışıqların tezliklə başlayacağına əminlik bildirib.

Xəbər lenti

Xəbər lenti