...

Prezident Xaçmaz rayonunun 75 illiyi münasibətilə sərəncam imzalayıb

Siyasət Materials 16 Noyabr 2005 19:36 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 16-da Xaçmaz rayonunun 75 illiyi münasibətilə rayonun inkişafında xüsusi xidmətləri olan bir qrup şəxsə fəxri adların verilməsi ilə bağlı sərəncam imzalayıb. Trend xəbər verir ki, prezidentin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına 3 nəfər layiq görülüb.

"Əməkdar mühəndis", "Əməkdar həkim", "Əməkdar jurnalist" və "Əməkdar mədəniyyət işçisi" fəxri adlarının hər birinə bir nəfər layiq görülüb.

Dövlət başçısının digər sərəncamı ilə Xaçmaz rayonunun inkişafında xüsusi xidməti olan 9 nəfər isə "Tərəqqi" medalı ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti