...

Müxalifətdən olan bir qrup deputat mandatlarından imtina etməyəcəklər

Siyasət Materials 16 Noyabr 2005 19:38 (UTC +04:00)

"Yeni Siyasət" seçki blokundan millət vəkili seçilən Əli Məsimov və Vahid Əhmədov müxalifətdən seçilən deputatların mandatdan imtina etmələri ilə bağlı bəyanatlarına imza atmayacaqlar". Bu barədə Trend ə Əli Məsimov bildirib.

Qeyd edək ki, hüquq pozulan namizədlərin noyabrın 16-da keçirdikləri ümumrespublika toplantısında müxalifət düşərgəsindən millət vəkili seçilən insanlar parlamentin işinə qoşulmayacaqları barədə birgə bəyanat imzalayıblar.

Ə.Məsimov qeyd edib ki, belə bir proses 1991-ci ildə də baş vermişdi. Bəyanata imza atanların çoxu sonradan parlamentdə oturdular: "mandatı bizə xalq verib, müxalifət verməyib".

"Azadlıq" blokundan deputat seçilən Cəmil Həsənli və Nəsib Nəsibli də bu bəyanata imza atmaqdan imtina ediblər. Deputat seçilən Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu da müxalifətin bu bəyanatını məntiqsiz sayıb.

Xəbər lenti

Xəbər lenti