...

Sergey Kuznetsov: Venesiya Komissiyası pozuntuların yol verildiyi dairələrdə səsvermənin nəticələrinin ləğv olunmasına dair Azərbaycanın Mərkəzi Seçki Komissiyasının qərarını alqışlayır

Siyasət Materials 16 Noyabr 2005 19:40 (UTC +04:00)

Avropa Şurası Venesiya Komissiyasının seçkilər və referendumlar şöbəsinin əməkdaşının Trend ə müusahibəsi

- Siz bu günlərdə Bakıda olmusunuz və ölkədə 6 noyabr parlament seçkilərinin gedişini izləmisiniz. Səsvermə prosesi ilə bağlı sizdə hansı ilkin təəssüratlar formalaşıb?

- Venesiya Komissiyasının nümayəndələri hüquq müşavirləri kimi AŞ PA-nın müşahidəçilərdən ibarət nümayəndə heyətinin tərkibinə daxil idilər. Səsvermə prosesinə gəldikdə, biz ATƏT nümayəndə heyətinin rəyi ilə tamamilə şərikik.

- Səsvermədən sonra MSK-nın keçirdiyi iclaslarda pozuntular haqqında daha çox şikayətlərin daxil olduğu seçki dairələrində səsvermsənin nəticələri ləğv edilməyə başlandı. Baş verənləri necə qiymətləndirirsiniz?

- MSK mövcud qanunvericiliyə uyğun olaraq səsvermənin nəticələrinə təsir edə biləcək pozuntuların yol verildiyi dairələrdə onun nəticələrini ləğv etməlidir. Biz bu istiqamətdə qəbul edilmiş qərarı alqışlayır və ümid edirik ki, pozuntu faktları araşdırılacaq və seçkilər haqqında qanunvericiliyin pozulmasında təqsirli bilinən şəxslər cəzalandırılacaqlar.

- Siz Azərbaycan prezidenti İlham Əliyevin seçicilərin barmaqlarının mürəkkəbə batırılması praktikasının tətbiqi və Qeyri-Hökumət Təşkilatlarının seçkiləri müşahidə etməsinə qoyulmuş qadağanın götürülməsi ilə bağlı son sərəncamını necə qiymətləndirirsiniz?

- Bu qərar çoxsaylı beynəlxalq təşkilatların tövsiyyələrinə cavab verib. VK katibi Canni Bukikkio noyabrın 11-də Bakıda verdiyi müsahibəsində bu sərəncamı alqışlayıb.

- AŞ VK-nın Azərbaycanın Seçki Məclləsinə dair son rəyində prezidentin bu sərəncamı nəzərə alınmayıb. Bütün bunlar, həmçinin, parlament seçkilərinin nəticələri nəzərə alınmaqla Venesiya Komissiyasına yeni tövsiyyələrin hazırlanmasına dair tapşırıq veriləcəkmi?

- Sərəncam VK-nın plenar iclasında həmin rəyin qəbul olunmasından bir neçə gün sonra imzalanıb. Bir çox tövsiyyələr hələ yerinə yetirilmədiyindən bu mərhələdə yeni bir sənəd qəbul etməyin əhəmiyyəti yoxdur. Ümid edirik ki, Azərbaycanla seçki hüququ ilə bağlı məsələdə əməkdaşlığımız davam edəcək. Əgər qanunvericiliyə əlavələr və ya dəyişikliklər edilsə və biz müvafiq tapşırıq alsaq, VK və DTİHB yeni rəy hazırlayacaq.

- Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərin edilməsinə dair VK və DTİHB-in birgə rəyinin müzakirəsi ilə bağlı bənd ATƏT-in yanvar sessiyasının gündəliyinə daxil ediləcəkmi?

- Düşünürəm ki, bu suala yalnız ATƏT cavab verə bilər.

- VK nümayəndələrinin Azərbaycana yeni səfərləri nəzərdə tutulubmu?

- Hələlik yox. Hər şey bizim Azərbaycanla əməkdaşlığımızın necə inkişaf edəcəyindçən asılılır.

Xəbər lenti

Xəbər lenti