...

Noyabrın 17-də Azərbaycan "Milli dirçəliş günü" Milli bayramını qeyd edir

Siyasət Materials 16 Noyabr 2005 21:20 (UTC +04:00)

Noyabrın 17-də Azərbaycan "Milli dirçəliş günü" Milli bayramını qeyd edir. Trend bildirir ki, bu gün dövlət tərəfindən 1992-ci ildə elan edilib.Bu bayram 1988-ci ilin noyabr-dekabr hadisələri ilə bağlıdır. Hələ o vaxt - 1988-ci ilin noyabrın 17-də Bakının o zaman Lenin, indi isə Azadlıq adlandırılan əsas meydanında Dağlıq Qarabağ məsələsində ittifaq və respublika hakimiyyətlərinin siyasətinə etiraz olaraq ictimaiyyətin fasiləsiz mitinqləri başlamışdı.

Bir neçə gündən sonra meydan keçmiş SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş yerlərdən Bakıya gətirilmiş daxili qoşunların qüvvələri ilə əhatə olundu. Dekabrın 3-4-də, gecə mitinq iştirakçıları zorla çıxarıldı və onlardan çoxu həbs edildi.

Azərbaycanda baş verən bu hadisələr indi respublikanın müstəqillik əldə etməsinə gətirib çıxaran milli-azadlıq hərəkatının başlanğıcı kimi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti