...

Müxalifət Azərbaycanın gələcək perspektivlərini müzakirə edib

Siyasət Materials 18 Noyabr 2005 13:22 (UTC +04:00)

"Müxalifət iqtidarı ittihamlamaqdansa, seçkilərdə məğlubiyyətinin səbəblərini aydınlaşdırmalıdır". Trend xəbər verir ki, bu fikir noyabrın 18-də Beynəlxalq Qarabağ Fondunun "Seçkilər və Azərbaycanın gələcək perspektivləri" mövzusunda keçirdiyi tədbirdə səslənib.

Bu fikirdə olan 40 saylı Gəncə (Kəpəz) seçki dairəsindən olan müxalifətçi namizəd Nurəddin Mustafayev onu da əlavə edib ki, müxalifət bloklarından namizədliyüi irləi sürülən insanların 80 faizinin cəmiyyət arasında nüfuzu olmayıb: "Seçkilərdə aramızda birlik olmadığı üçün biz seçkilərdə məğlub olduq".

Onu da qeyd edək ki, N.Mustafayevin bu fikri tədbirdə iştirak edən Azərbaycan Milli Demokrat Partiyasının səlahiyyətlisi Yavər Hüseynin xoşuna gəlmədiyinə görə tərəflər arasında mübahisə baş verib.

Digər çıxış edənlərdən 124 saylı Xocalı-Xocavənd seçki dairəsindən namizəd olan Eldar Həsənov da müxalifət partiyaları arasında demokratik islahatların vacibliyini qeyd edib: "Bu proses baş verməsə Azərbaycanın gələcək perspektivindən danışmağa dəyməz". Liberal Partiyası İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan və başqaları isə seçkilərin iqtidar tərəfindən saxtalaşdırıldığını bildiriblər.

Xəbər lenti

Xəbər lenti