...

Partiya sədrləri bir-birini ittihamlayıb

Siyasət Materials 18 Noyabr 2005 14:02 (UTC +04:00)

"Mütərəqqi Azərbaycan Partiyasını yaradan Şahin Mahmudovu radikal müxalifət rəhbərləri ilə danışıqlar apardığına görə partiyadan qovmuşam". Bu barədə Trend ə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

Qeyd edək ki, noyabrın 16-da Mütərəqqi Azərbaycan Partiyasının ilk təsis konfransı keçirilib. Partiyanın təşkilat sədri Şahin Mahmudov, müavinləri isə Telman Haqverdiyevlə Rövşən Əlizadə seçiliblər. Bu şəxslərin ilk ikisi Müasir Müsavat Partiyası sədrinin müavinləri olublar.

H.Hacıyev onu da bildirib ki, Ş.Mahmudov Müsavat başqanı İsa Qəmbər və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) sədri Əli Kərmili ilə mitinqlərə qoşulmaq barədə separat danışıqlara getdiyi üçün müavinlikdən kənarlaşdırılıb: "Telman Haqverdiyev isə seçki günü işə çıxmadığına görə partiya sıralarından çıxarılıb".

Şahin Mahmudov isə Trend ə bildirib ki, onlar Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin yürütdüyü siyasətə etiraz etdiklərinə görə partiyadan uzaqlaşıblar: "Biz belə bir insanı qəbul etmədiyimizə görə ondan ayrıldıq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti