...

Maurisio Pavesi: "İqtidar-müxalifət dialoqu üçün təkliflər gözləyirəm"

Siyasət Materials 18 Noyabr 2005 16:39 (UTC +04:00)
Maurisio Pavesi: "İqtidar-müxalifət dialoqu üçün təkliflər gözləyirəm"

"İqtidarla müxalifət arasında hansısa problemin həllinə nail olmaq üçün siyasi iradə varsa, nəsə etmək mümkündür. Amma əgər siyasi iradə yoxdursa, heç nə etmək olmayacaq". Trend xəbər verir ki, bu fikirləri ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Maurisio Pavesi jurnalistlərlə açıqlamasında bildirib.

M.Pavesinin sözlərinə görə, dialoqun baş tutması tərəflərin nə dərəcədə xoş niyyətli olmasından asılı olacaq: "Bildiyinizə görə 2-3 ay əvvəl biz danışıqları dayandırmağa məcbur olduq, çünki heç bir nəticəyə gəlmək mümkün deyildi. Amma dialoq hər zaman vacibdir. Mən düşünürəm ki, biz müzakirəyə etməyə mövcu tapa bilərik. Lakin mən hələ də təkliflər gözləyirəm"-deyə M.Pavesi bildirib.

Xəbər lenti

Xəbər lenti