...

"Azadlıq" bloku 23 noyabrda aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Siyasət Materials 18 Noyabr 2005 16:39 (UTC +04:00)

"Azadlıq" bloku noyabrın 23-də yürüş-mitinq keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərib. Bu barədə Trend ə "Azadlıq" blokundan məlumat verilib.

Müraciətdə noyabrın 23-də saat 15.00-dan 17.00-dək metronun "20 Yanvar" stansiyası yaxınlığından "Qələbə" meydanınadək yürüş-mitinqin keçiriləcəyi bildirilir. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokunun noyabrın 19-na təyin etdiyi aksiyaya razılıq verib, ayın 20-nə nəzərdə tutduğu yürüş-mitinqin keçirilməsinə isə razılıq verməyib. Bununla bağlı "Azadlıq" bloku Səbail rayon məhkəməsinə şikayət verib.

Xəbər lenti

Xəbər lenti