...

Müxalifət işçi qrupu yaradıb

Siyasət Materials 19 Noyabr 2005 11:34 (UTC +04:00)

"Müxalifətin vahid Koordinasiya Şurası tərəfindən idarə olunması ilə bağlı işçi qrupu yaradılıb". Bu barədə Trend ə bu məsələdə təşəbbüsdə olan Azərbaycan Milli Demokrat Partiyası (AMDP) sədrinin birinci müavini Oqtay Xəlilli bildirib.

AMDP rəsmisi onu da qeyd edib ki, işçi qrupuna dörd blok - "Azadlıq", "Yeni Siyasət", "Vətəndaş Cəmiyyəti Qurucuları" Milli Birlik Hərəkatı və iki partiya - Azərbaycan Xalq Cəbhəsi (klassiklər) və Vəhdət Partiyası daxildir.

İşçi qrupunun gələn həftə toplantısının keçiriləcəyi bildirilib.

Xəbər lenti

Xəbər lenti