...

MSK üzvləri seçkiyə aid cinayət tərkibli faktları fərdi qaydada prokurorluğa göndərir

Siyasət Materials 19 Noyabr 2005 12:47 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan şikayətlər arasında cinayət tərkibi olan faktlar artıq fərdi qaydada Respublika Prokurorluğuna göndərilir. Bu barədə Trend ə MSK üzvü Ənvər Əliyev məlumat verib. O, bildirib ki, qanunun tələblərinə görə, hazırda MSK-ya daxil olan şikayətlər iclaslarda müzakirəyə çıxarılmır. Yalnız MSK üzvləri onlara göndərilən şikayətlərə özləri fərdi qaydada baxırlar və araşdırılması, müvafiq tədbirlər görülməsi üçün aidiyyatlı orqanlara göndərirlər.

Ənvər Əliyevin sözlərinə görə, noyabrın 18-də ona təqdim olunan bir şikayətdə cinayət tərkibi olan çox ciddi qanun pozuntusu var və bu faktları Respublika Prokurorluğuna təqdim edəcək. Ə.Əliyev onu da bildirib ki, bütün seçki dairələri üzrə seçkinin nəticələrinin araşdırılması davam etdirilir və qanun pozuntularının aşkarlandığı məntəqə və dairələrinin nəticələrinin ləğv olunması gözlənilir.

Xəbər lenti

Xəbər lenti