...

Rene van der Linden: Yaxın gələcəkdə AŞPA Azərbaycanda keçirilmiş parlament seçkilərinə dəyərli qiymətini verəcək

Siyasət Materials 19 Noyabr 2005 13:07 (UTC +04:00)

Avropa Şurası Nazirlər Komitəsinin sessiyasında çıxış edən Parlament Assambleyasının (AŞPA) sədri Rene Van der Linden bu yaxınlarda Azərbaycanda keçirilmiş parlament seçkiləri mövzusuna toxunub. Bu barədə Trend AŞ Katibliyinə istinadən bildirir.

PA sədri xatırladıb ki, ATƏT DİİHB-nin seçkilərdəki müşahidəçilərdən ibarət Beynəlxalq missiyasında PA nümayəndə heyətinin ilkin qiymətləndirməsinə əsasən Azərbaycanda AŞ-nin demokratik prinsiplərinə tamamilə riayət olunmayıb. Amma o, qeyd edib ki, onun qiymətləndirməsi AŞ monitorinq qrupunun rəhbəri Leo Platvoetin gəldiyi nəticəyə əsaslanır. "Seçkiqabağı mərhələdə mən qeyd etdim ki, 6 noyabr seçkiləri Azərbaycanda demokratiyanın inkişafı üçün "test" olacaq və əvvəlki kimi həmin fikrimdə qalıram"-deyə AŞPA sədri bildirib.

R. Lindenin sözlərinə görə, yaxın cələcəkdə PA 6 noyabr seçkilərinə dəyərli qiymətini verəcək.

Xəbər lenti

Xəbər lenti