...

İqbal Ağazadə : "Mitinqlər keçirən müxalifətçilər öz məğlubiyyətlərinə başqalarını da şərik etməməlidir"

Siyasət Materials 19 Noyabr 2005 14:43 (UTC +04:00)

"Seçkinin nəticələrini tanımayan müxalifətçilərin kütləvi aksiyalarında iştirak etməyəcəyik". Bu fikirləri Trend ə açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. O, qeyd edib ki, seçkinin nəticələrinə etiraz edən "Azadlıq" blokunun və digər qüvvələrin mütəmadi olaraq keçirdiyi kütləvi aksiyalara Ümid Partiyası qoşulmayacaq, çünki bütün müxalifət qüvvələrinin bir yerdə olmamasına əvvəldən bu blok şərait yaradıb.

"İndi kütləvi aksiyalar keçirən partiyalara seçkidən hələ 3 ay əvvəl deyirdim ki, müxalifət bir yerdə olmalı, seçkidə vahid qüvvə kimi iştirak etməli və gələcək problemlərlə bağlı birgə mübarizə aparmalıdır. Amma davamlı müzakirələrdən sonra bu partiyalar yenə də özləri bildikləri kimi qərar verdilər və yalnız 3 partiya formatında birləşdilər, heç kəsi öz bloklarına buraxmadılar. İndi seçkidən sonra məğlubiyyətlərinə görə apardıqları mübarizəyə başqalarını da çağırmaları düzgün deyil. Yəni, indii mitinqlər keçirənlərin öz məğlubiyyətlərinə başqa qüvvələri də şərik etməsi məntiqsizdir"-deyə İ.Ağazadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti