...

Əli Məsimli: "Yeni Siyasət" blokunun seçkinin nəticələrini tanımamaq barədə qərarı yoxdur

Siyasət Materials 19 Noyabr 2005 15:23 (UTC +04:00)

"Yeni Siyasət" blokunun parlament seçkisinin nəticələrini tanımaması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Blokun nəticələri tanımamaq barədə qərarı yoxdur". Bu fikrləri Trend ə açıqlamasında "Yeni Siyasət" blokunun Koordinasiya Şurasının üzvü, seçkidə 113 saylı Şəki şəhər dairəsindən qalib gəlmiş Əli Məsimli bildirib. O, qeyd edib ki, "Yeni Siyasət" blokunun bəzi üzvləri seçkinin nəticələrini tamaması barədə fikirlər səsləndiriblər, lakin bu, ümumilikdə Koordinasiya Şurasının mövqeyi deyil.

Ə.Məsimli bildirib ki, "Yeni Siyasət" blokunun iki nəfər namizədi seçkidə qalib gəlib və Koordinasiya Şurası onların parlamentdə iştirak etməsinin vacibliyinə dair qərar çıxarıb. Ə.Məsimli həmçinin qeyd edib ki, "Yeni Siyasət" blokunun bir neçə namizədinin seçkidə hüquqları pozulub və onların öz səsləri uğrunda mübarizə aparması normal haldır. O, müxalifətin kütləvi aksiyalarında iştirak edən "Yeni Siyasət" bloku Koordinasiya Şurasının bir neçə üzvünün addımını da bununla izah edib.

Xəbər lenti

Xəbər lenti