...

Müxalifət hərəkatı mitinq-yürüş keçirdi

Siyasət Materials 19 Noyabr 2005 18:01 (UTC +04:00)
Müxalifət hərəkatı mitinq-yürüş keçirdi

Azərbaycanın müxalifət hərəkatı noyabrın 19-da Bakının "Qələbə meydanında mitinq keçirib. Trend in məlumatına görə, mitinq metronun "20 Yanvar" stansiyasından "Çağrı" və "Yeni Fikir" gənclər hərəkatlarının start götürdüyü yürüşlə başlayıb.

Mitinqdə ilk olaraq çıxış edən Azərbaycan Demokratik Partiyasının (ADP) Siyasi Şurasının üzvü Qurban Məmmədov parlament seçkilərinin saxtalaşdırılmasından danışıb. "Müsavat" partiyasının sədri İsa Qəmbər hakimiyyəti istefaya getməyə və təkrar seçkilər keçirməyə çağırıb. Daha sonra Azərböaycan Milli Demokratik Partiyasının sədlri İsgəndər Həmidov, Azərbaycan Xalq Cəbhəsi (klassiklər) Partiyasının rəhbəri Mirmahmud Mirəlioğlu, Azərbaycan Xalq Cəbhəsi (islahatçılar) Partiyasının sədri Əli Kərimli, "Milli Birlik" hərəkatının sədri Lalə Şövkət, ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu çıxış edib. Öz çıxışlarında onlar da hakimiyyəti seçkiləri saxtalaşdırmaqla ittiham edərək təkrar seçkilərin keçirilməsini tələb ediblər.

Mitinq saat 17.20-də insidentsiz başa çataraq bəyannamə qəbul edilib. Sənəddə təkrar seçkilərin keçirilməsi, həbs olunmuş müxalifətçilərin azad edilməsi, prezident respublika sistemindən parlament respublikasına keçid və digər tələblər ifadə olunub.

S.Cəlaloğlunun sözlərinə görə, yürüş-mitinqdə 50 minə yaxın adam iştirak edib. Lakin aksiya üzərində nəzarəti həyatia keçirən polisin nümayəndəsinin sözlərinə görə, mitinqdə 7-10 minə yaxın adai iiştirak edib.

Xəbər lenti

Xəbər lenti