...

Milli təhlükəsizlik naziri NATO baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb

Siyasət Materials 19 Noyabr 2005 18:02 (UTC +04:00)

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov noyabırn 19-da NATO baş katibinin cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simons ilə görüşüb. Bu barədə Trend ə Milli Təhlükəsizlik Nazirliyindən (MTN) məlumat verilib.

Görüşdə Eldar mahmudov Azərbaycan və NATO arasında əməkdaşlığın yüksək xətlə inkişaf etdiyini, Alyansla Fərdi Tərəfdaşlıq Əməliyyat Planının müvəffəqiyyətlə həyata keçirildiyini deyib. Nazir beynəlxalq terrorçuluqla mübarizənin MTN-nin fəaliyyətinin prioritet istiqamətindən olduğunu diqqətə çatdırıb. E.Mahmudov beynəlxalq terrorçuluqla mübarizə sahəsində Azərbaycana göstərdiyi köməkliyə görə NATO-ya üzv antiterror koalisiyasına daxil olan tərəfdaş ölkələrə təşəkkürünü bildirib.

Robert Simons da Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin Fərdi Tərəfdaşlıq Planının həyata keçirilməsində fəal rol oynadığını xüsusi vurğulayıb. Qonaq terrorçuluğa qarşı mübarizədə Azərbaycanın səylərini, habelə ölkəmizin beynəlxalq təhlükəsizliyin təmin olunması üçün gördüyü işləri yüksək qiymətləndirib. R.Simons NATO-nun terrorçuluqla mübarizə sahəsində ixtisaslaşmış strukturları ilə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti