...

"Bizim Azərbaycan" bloku partiyaya çevrilə bilər

Siyasət Materials 21 Noyabr 2005 12:17 (UTC +04:00)

"Bizim Azərbaycan" bloku partiyaya çevrilə bilər". Bu barədə Trend ə adıçəkilən blokda təmsil olan Türk Millətçi Partiyasının (TMP) sədri Vüqar Bəyturan bildirib.

Partiya sədri blokun seçkiöncəsi fəaliyyətinin zəif olduğunu vurğulayaraq qeyd edib: "Blokun yaradıcısı Müsavat Partiyasının başqanı İsa Qəmbər "Azadlıq" seçki blokunu təsis etdikdən sonra "Bizim Azərbaycan" demək olar ki, fəaliyyət göstərmədi. Seçkilərdə blok qarşısına qoyduğu məqsədə çata bilmədiyinə görə planımızda belə məsələ var ki, gələcəkdə bloku eyniadlı partiyaya çevirək".

V.Bəyturan onu da bildirib ki, Bizim Azərbaycan Partiyasında vaxtilə eyniadlı blokda təmsil olan partiyalar təmsil oluna bilər.

Xəbər lenti

Xəbər lenti