...

Bahar Muradova: Müxalifət mitinq keçirməklə inqilab havası yaratmağa cəhd göstərir

Siyasət Materials 21 Noyabr 2005 12:42 (UTC +04:00)

"Müxalifət tez-tez mitinq-yürüş keçirməklə ölkədə inqilab havası yaratmağa cəhd göstərir". Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Bahar Muradova bildirib.

YAP rəsmisi onu da vurğulayıb ki, ictimaiyyət müxalifətin mitinq-yürüşlərini belə qəbul etmir: "Bu faktdır ki, müxalifət insanları meydana istədiyi sayda toplaya bilmir. Əvvəllər mitinqləri yalnız "Azadlıq" bloku keçirirdisə, indi ona bir neçə siyasi blok və partiya qoşulub. Ancaq meydana toplaşan insanların sayı birləşmiş müxalifətin ictimaiyyət tərəfindən nə qədər dəstəkləndiyini göstərir".

B.Muradova onu da bildirib ki, indiki dövrdə inqilab meydanlardan başlaya bilməz. İnqilab saf təfəkkürün təzahürü ola bilər: "Buna isə müxalifət nail ola bilməyəcək. Çünki Azərbaycan müxalifəti 1988-1990-cı illərin qaydası ilə hərəkət edib nəyəsə nail olmağa cəhd göstərir".

Xəbər lenti

Xəbər lenti