...

Noyabrın 26-dək MSK-nın hər gün iclasları keçiriləcək

Siyasət Materials 21 Noyabr 2005 13:03 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olmuş şikayətlərə operativ baxılması və seçki dairələri üzrə qanun pozuntularına dair qərarlar çıxarılması üçün noyabrın 26-dək komissiyanın hər gün iclasları keçiriləcək. Trend xəbər verir ki, bu barədə MSK-nın sədri Məzahir Pənahov qərar çıxarıb.

M.Pənahov MSK-nın son iclasında bildirib ki, noyabrın 26-dək bütün seçki dairələri üzrə araşdırmalar başa çatdırılmalı və 48 saat ərzində sənədlər yekunlaşdırılaraq Konstitusiya Məhkəməsinə təqdim olunmalıdır. Noyabrın 26-na isə çox az vaxt qaldığından M.Pənəhov təklif edib ki, işi sürətləndirmək və vaxtında başa çatdırmaq məqsədilə MSK-nın iclasları hər gün keçirilsin. Təklif müsbət qarşılanıb və qərara alınıb ki, şikayətlərə, həmçinin, ayrı-ayrı seçki dairələri və məntəqələri üzrə qanun pozuntularına dair hər gün qərarlar qəbul olunsun.

Xəbər lenti

Xəbər lenti