...

Avropa sosial-demokratlarının forumu başa çatıb

Siyasət Materials 21 Noyabr 2005 13:22 (UTC +04:00)

"Avropa sosial-demokratlarının Gürcüstanın paytaxtı Tiflisdə keçirilən beynəlxalq forumu başa çatıb". Bu barədə Trend ə forumda təmsil olan Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib.

A.Əlizadə qeyd edib ki, forumda avropalı solçularla yanaşı Cənubi Qafqazdan da sosial demokrat partiyaların nümayəndələri iştirak edib: "Tədbirə qatıla bilməyən digər ölkələrin sosial demokrat partiyalarını isə həmin dövlətlərin Gürcüstanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələri təmsil edib".

Partiya sədri onu da bildirib ki, forumda Qafqaz ölkələrinin Avropaya inteqrasiyası, bu məsələdə solçuların rolu mövzusunda müzakirələr aparılıb. ASDP həmsədri forumda çıxış edib.

Qeyd edək ki, noyabrın 18-də işinə başlayan forum ayın 20-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti