...

İnterpol xətti ilə axtarışda olan 17.175 avtomobildən 67-sinin yeri müəyyənləşib

Siyasət Materials 21 Noyabr 2005 13:24 (UTC +04:00)

İnterpol tərəfindən axtarışda olan 17.175 avtomobildən 67-sinin yeri müəyyənləşib. Bu barədə Trend ə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosundan məlumat verilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən İnterpolun Milli Mərkəzi Bürosuna 17 min 175 avtomobil barədə sorğu daxil olub. Cari ilin 10 ayı ərzində 67 avtomobilin yeri müəyyən olunub.

Həmin avtomobillərin 6-sı Almaniyada, 2-si Çexiyada, 8-i Belçikada, 28-i Yaponiyada, 5-i İtaliyada, 5-i Fransada, 1-i Ukraynada, 1-i Türkiyədə, 1-i Moldovada, 5-i Rusiyada, 1- İsveçdə, 1-i Polşada, 1-i Yunanıstanda, 1-i Serbiyada yerləşməsi müəyyən edilib.

Axtarışda olan avtomobillərlə bağlı müvafiq xarici ölkələrin hüquq-mühafizə orqanlarına məlumat verilib. Avtomobillərin ölkəyə qaytarılması və sahiblərinə qaytarılması üçün həmin ölkələrə müvafiq sənəndlər göndərilib.

Xəbər lenti

Xəbər lenti