...

Eleonora Hüseynova: Azərbaycan-YUNESKO işçi qrupu əməkdaşlığını yeni perspektivlərini müəyyən edir

Siyasət Materials 21 Noyabr 2005 14:04 (UTC +04:00)

Azərbaycanın YUNESKO ilə əməkdaşlığı üzrə işçi qrupunun qarşıdakı birinci iclasında gələcək əməkdaşlığın konkret prespektivləri müəyyən ediləcək. Bu barədə Trend ə Azərbaycanın YUNESKO yanında nümaynədəsi Eleonora Hüseynova ekzkluziv məlumat verib.

E.Hüseynovanın sözlərinə görə, Bakıda keçiriləcək iclasda işitark etəmk üçün YUNESKO-nun 4 eksperti və strukturun Mlskva bürosunun nümayəndəsi gələcək.Xatırladaq ki, dekuabrın 12-14-də Bakıda ilk iclasın keçirilməsi və iclasın gündəliyinin ümumi cədvəli YUNESKO-nun mənzil-qərargahında Azərbaycanın təhsil naziri Misir Mərodanovla təşkilatın rəhbərliyi ilə keçirilən görüşün gedişində müzakirə edilib.

Qeyd edək ki, 2005-ci ildə YUNESKO-nun təşəbbüsü ilə Azərbaycanda təhsilin inkişafına həsr olunmuş iki konfrans keçirilib. Birinci konfrans bu ilin iyununda Parisdə, ikinci isə avqustda Bakıda təşkilatın baş katibi Koişiro Matsuuranın iştirakı ilə keçirilib. Bakı kofnransında YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıq barədə Memorandum imzalanıb.

Nazirlikdən bildirilib ki, imzalanmış Memorandum hər iki tərəfdən 5 nəfər olmaqla xüsusi işçi qrupunun yaradılmasını nəzərdə tutur. Azərbaycanla YUNESKO-nun əməkdaşlığı "Hamı üçün təhsil", "Assosiativ məktəblər", "Texniki-peşə təhsilinin inkişafı", "İnklyuziv təhsil" və "Ali məktəblərdə YUNESKO kafedralarının yaradılması" kimi layihələri əhatə edir.

Xəbər lenti

Xəbər lenti