...

İmişli rayonunun keçmiş hərbi komissarının cinayət işi məhkəmə icraatına götürülüb

Siyasət Materials 21 Noyabr 2005 14:17 (UTC +04:00)

İmişli rayonunun sabiq hərbi komissarı, polkovnik- leytenant Elxan Nəsirovun cinayət işi Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi tərəfindən icraata götürülüb. Bu barədə Trend ə məhkəmə iclasına sədrlik edəcək hakim Sahibxan Mirzəyev məlumat verib.

Sabiq hərbi komissar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341 (hakimiyyət həddini aşma), 311 (rüşvət alma), 178 (dələduzluq), 221 (xuliqanlıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

Cinayət işinin ibtidai istintaqı Füzuli rayon Prokurorluğu tərəfindən aparılıb. İstintaqçılar müəyyən ediblər ki, Elxan Nəsirov 2001-2004-cü illər ərzində "Hərbi xidmətə çağırışdan əsasları haqqında" Qanunun tələblərini kobud şəkildə pozub. Qeyd olunan müddət ərzində dinc dövrdə çağırışdan azad edilmiş vətəndaşları qanunsuz oalraq hərbi xidmətə göndərib. Fərarilik etmiş hərbi qulluqçulardan isə müxtəlif məbləğlərdə rüşvət alaraq həmin şəxslərə hərbi xidmətin qanunla müəyyən edilmiş müddətini başa vurub hərbi xidmətdən ehtiyata buraxılmaları barədə saxta hərbi biletlər verib.

Sabiq hərbi komissar vəzifəsindən sui-istifadə edərək dələduzluq yolu ilə aldığı pulları ondan geri igeri tələb edən vətəndaşlar Vüqar İsayevlə Əbülfəz Əliyevi döyüb.

Qeyd edək ki, sabiq hərbi komissarla cinayət əlaqəsinə girmiş eyni hərbi komissarlığın əməkdaşı Şahin Cavadovla mülki vətəndaş Mübariz Usubov da onunla birlikdi məhkəmə qarşısında dayanacaq.

Xəbər lenti

Xəbər lenti