...

QAT ABŞ və Qərb dövlətlərindən işğalçı ermənilərə yardımlarını dayandırmağı tələb edir

Siyasət Materials 21 Noyabr 2005 14:21 (UTC +04:00)

"ABŞ-ın və bir sıra Qərb dövlətlərinin Ermənistana göstərdiyi maliyyə yardımlarını erməni terrorizminə və təcavüzkarlığa dəstək kimi qiymətləndiririk". Trend in məlumatına görə, bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) qəbul etdiyi bəyanatda bildirilir.

Qeyd edək ki, ABŞ Senatı və nümayəndələr palatasının əlaqələndirmə komissiyası Ermənistana 75 milyon və onun Dağlıq Qarabağda yaratdığı terrorçu rejimə 3 milyon dollar yardım göstərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Bunun müqabilində Azərbaycana isə yalnız 35 milyon dollar yardım göstəriləcəyi nəzərdə tutulur. Həmçinin bu ölkələrdə işğalçı Ermənistan rejiminin külli miqdarda vəsait toplamasına şərait yaradılır. Noyabrın 16-dan başlayaraq Argentinada, Avropanın bir sıra ölkələrində, o cümlədən Minsk qrupunun həmsədr dövləti olan Fransada vəsait toplanmasına başlanılıb. Artıq 250 min dollar vəsait toplanılıb və bu məbləğin bir milyon dollara çatdırılması nəzərdə tutulub. İşğalçı ölkəyə vəsait toplanması aksiyasının noyabrın 24-də ABŞ-da həyata keçirilməsi planlaşdırılır.

QAT bəyan edir ki, vəsait toplama kampaniyasına Qərb ölkələrinə səfərə çıxmış və hazırda ABŞ-da getmiş terrorçu, hərbi cani Arkadi Qukasyan rəhbərlik edir. QAT-ın bəyanatında vurğulanır ki, Qərb dövlətlərinin terrorçuları, işğalçıları dəstəkləməsi, Cənubi Qafqaz regionunda sabitliyə və demokratik proseslərə zərbə vurur: "Biz ABŞ-ın və digər Qərb dövlətlərinin təcavüzkar Ermənistana, Dağlıq Qarabağdakı terrorçu rejimə yardımlarının dayandırılmasını, işğalçı və terrorçu rejimin nümayəndələrinin həmin ölkələrə sərbəst gələrək vəsait toplamalarına imkan verilməməsini tələb edirik"-deyə bəyanatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti