...

Yeni Azərbaycan Partiyası forum keçirib

Siyasət Materials 21 Noyabr 2005 17:19 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası forum keçirib

"Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə noyabrın 21-də Aşıq Ələsgər adına mədəniyyət sarayında 2005-ci il 6 noyabr parlament seçkilərində iştirak edən namizədlərin forumu keçirilib". Trend xəbər verir ki, forumda digər partiya və qeyri-hökumət təşkilatları da iştirak edib.

Forumu açan adıçəkilən partiyanın icra katibi Əli Əhmədov parlament seçkilərinin şəffaf və demokrtaik keçirilməsi ilə bağlı çıxış edib. O, bildirib ki, müxalifət bu şəffaflığı şübhə altına almağa cəhd göstərsə də buna nail ola bilməyəcək: "Çünki xalq öz ədalətli seçimini edib".

Daha sonra çıxış edən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri Qüdrət Həsənquliyev, Azərbaycan Naminə Alyans partiyasının sədri Abutalıb Səmədov, Yurddaş Partiyasının sədri Mais Səfərli və digər partiya rəhbərləri çıxış edərək seçkilərin demokratik keçirildiyini bəyan ediblər.

Xəbər lenti

Xəbər lenti