...

Əli Həsənov: Azərbaycanın hakimiyyəti müxalifətlə dialoqa hazırdır

Siyasət Materials 21 Noyabr 2005 18:25 (UTC +04:00)

Azərbaycanın hakimiyyəti ölkənin siyasi partiyaları ilə dialoqa hazırdır. Trend bildirir ki, noyabrın 21-də Azərbaycan prezidenti İcra aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu barədə jurnalistlərə bəyan edib.

"Siyasi müxalifət cəmiyyətin aparıcı institutlarından biri olaraq qalmalıdır və hakimiyyət ölkə ictimaiyyətinin istənilən institutları, o cümlədən müxalifətlə dövlət quruculuğunda bizim gələcək fəaliyətimiz, xarici siyasət, cəmiyyətin demokratikləşdirilməsi və digər bu kimi məsələlər üzrə qarşılıqlı münasibət və məsləhətləşmələrə hazırdır"-deyə şöbə müdiri bildirib.

"İstənilən ölkədə istənilən güclü hakimiyyətin güclü müxalifəti olmalıdır və biz də bunda maraqlıyıq"-deyə Ə.Həsənov bəyan edib.

Xəbər lenti

Xəbər lenti