...

Əli Abbasov: Azərbaycan Tunis öhdəliklərinə qoşuldu

Siyasət Materials 21 Noyabr 2005 18:32 (UTC +04:00)
Əli Abbasov: Azərbaycan Tunis öhdəliklərinə qoşuldu

Azərbaycan informasiya cəmiyyəti üzrə Ümumdünya sammitinin (The World Summit on the Information Society (WSIS) noyabrın 16-dan 18-dək Tunisdə keçirilən ikinci Tunis mərhələsinə dair yekun sənədi imzalayaraq Tunis öhdəliklərinə qoşuldu. Trend bildirir ki, noyabrın 21-də AR rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu barədə bəyan edib.

Onun sözlərinə görə, noyabrın 18-də plenar iclaslarından birində nazir İKT sahəsində həyata keçirilən islahatlar, əldə olunmuş nailiyyətlərlə bağlı çıxış edərək tədbir iştirakçıların məlumatlandırıb və 2004-cü ildə həmin sahədə artımın 38% təşkil etdiyini vurğulayıb.Nazir öz məruzəsi zamanı bildirib ki, yalnız 2004-cü ildə həmin sektorda investisiya qoyuluşunun həcmi $90 mln., cari ildə isə $120 mln.təşkil edib.

Nazirin sözlərinə görə, sammitdə müzakirə edilən iki əsas məsələ qlobal İnternet şəbəkəsinin idarə edilməsi və İKT sahəsində maliyyə mexanizmləri ilə bağlı olub. Sammit çərçivəsində həmçinin "Azərbaycan günü" keçirilib. "Bütövlükdə Azərbaycanın sammitdə iştirakını uğurlu hesab etmək olar" -deyə Ə.Abbasov bildirib.

Sammitdə 2006-cı ilin aprelində Yunanıstanda İnternetin idarə edilməsinin müəyyən edilməsi istiqamətində fikir mübadiləsi üzrə forum keçirilməsi barədə qərar qəbul edilib.

Azərbaycan nümayəndə heyəti 67 nəərdən ibarət idi. Onlardan 20 nümayəndə dövlət sektoru, 17 nəfər özəl, 18 nəfər isə müxtəlif beynəlxalq və QHT nümayəndələri idi.

Həmçinin Azərbaycana və onun Sammitdə iştirakına həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.

Sammit çərçivəsində keçirilən sərgidə Azərbaycana ümumi sahəsi 64 kv. Metr olan yer ayrılıb və orada Sinam, AZEL, R.İ.S.K, Azercell, Azeurotel və digər demək olar ki,bütün yerli İT şirkətləri iştirak edib.

WSIS-nin birinci mərhələsi 2003-cü il dekabrın 10-dan 12-dək Cenevrədə keçirilib və orada ölkə prezidenti İlham Əliyevin başçılığı ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.

Xəbər lenti

Xəbər lenti