...

Heyki Talvitie AB ilə Azərbaycan arasında məsləhətləşmələrin tezliklə başlayacağına ümid edir

Siyasət Materials 21 Noyabr 2005 19:36 (UTC +04:00)
Heyki Talvitie AB ilə Azərbaycan arasında məsləhətləşmələrin tezliklə başlayacağına ümid edir

Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Heyki Talvitie ümid edir ki, AB ilə Azərbaycan arasında məsləhətləşmələr çox tezliklə başlayacaq. Bu barədə Trend ə eksklüziv müsahibəsində noyabrın 22-də Bakıya səfərə gələcək H.Talvitie bəyan edib.

"Azərbaycan Avropa Birliyinin "Yeni qonşuluq Siyasəti" proqramına qoşulub.Tədbirlər Planı üzrə məsləhətləşmələrin başlaması müddəti AB-nin 25 üzv-dövləti tərəfindən müzakirə edilir.Məsləhətləşmələrin başlamasının dəqiq tarixi razılaşdırılmalıdır" -deyə H.Talvitie bildirib və qeyd edib ki, həmin məsələ üzrə AB Azərbaycan ilə sıx əlaqədədir.

Qeyd edək ki, H.Talvitienin Bakıya səfəri zamanı ölkə rəhbərliyi, siyasi partiya liderləri və QHT nümayəndələri ilə görüşləri nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti