...

Heyki Talvitiye: Biz ümid edirik ki, tezliklə "Yeni Mehriban Qonşuluq" siyasəti çərçivəsində Azərbaycanla məsləhətləşmələr başlanacaq

Siyasət Materials 22 Noyabr 2005 11:17 (UTC +04:00)

Biz ümid edirik ki, yaxın vaxtlarda Azərbaycanla Avropa Birliyi (AB) arasında "Yeni Mehriban Qonşuluq" siyasəti çərçivəsində məsləhətləşmələr başlanacaq. Trend in məlumatına görə, bu barədə noyabrın 22 -də AB-nin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Heyki Talvitiye (Heikki Talvitie) Bakıya gələrkən bəyan edib.

O qeyd edib ki, hazırki səfərin əsas məqsədi AB-nin "Yeni Mehriban Qonşuluq" siyasəti proqramının gələcək perspektivlərinin, eləcə də bu proqram çərçivəsində fəaliyyət proqramının müzakirəsidir. "Azərbaycan "Yeni Mehriban Qonşuluq" siyasətinin bir hissəsidir və mən ümid edirəm ki, yaxın gələcəkdə bu proqram üzrə həm Azərbaycanla, həm də Ermənistan və Gürcüstan ilə məsləhətləşmələr başlanacaq", -deyə H.Talvitiye bildirib.

AB-nin Azərbaycanda parlament seçkilərinin yekunlarına dair mövqeyinə gəldikdə, Talvitiye bildirib ki, seçkilərin gedişində Seçki Məcəlləsində böyük miqdarda pozuntular qeydə alınıb. "Buna baxmayaraq, seçkilər çərçivəsində böyük irəliləyiş də qeydə alınıb. Şübhəsiz ki, bütün bunlar AB-nin Azərbaycanla bağlı hazırlayacağı yekun sənədə öz təsirini göstərəcək", -deyə AB-nin xüsusi nümayəndəsi bəyan edib və müsbət irəliləyişlərin "respublikada gələcəkdə demokratik seçkilərin keçirilməsinə imkan verəcəyini" qeyd edib.

Xəbər lenti

Xəbər lenti