...

İqor Kizima: Ukraynanın yeni səfiri ən yaxın zamanda Azərbaycana gələcək

Siyasət Materials 22 Noyabr 2005 11:28 (UTC +04:00)

Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfiri Stepan Volkovetski ən yaxın vaxtda Azərbaycana gələcək. Bu barədə Trend ə Ukraynanın Azərbaycandakı müvəqqəti işlər müvəkkili İqor Kizima ekskluziv məlumat verib.

Onun sözlərinə görə, bir sıra texniki proseduralardan sonra o yeni vəzifəsinin icrasına başlayacaq. Yeni səfir kadr diplomatı deyil. O diplomatik karyerasına 3 il əvvəl Gürcüstanda başlayıb və Ukraynanın bu ölkədəki diplomatik missiyasına başçılıq edib. İ.Kizimanın sözlərinə görə, öz növbəsində S.Volkovetski Ukraynanın İvano-Franskovsk vilayətinin qubernatoru işləyib.

Azərbaycana gəldikdən dərhal sonra səfir öz etimadnaməsini ölkə başçısına təqdim etməyi planlaşdırıb.

Xatırladaq ki, Ukrayna prezidenti Viktor Yuşşenko noyabrın 21-də Stepan Volkovetskini Ukraynanın Azərbaycanda Fövqəlğadə və Səlahiyyətli səfiri təyin edilməsi barədə sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti