...

Qərb regionunda 79 sahibkarlıq subyekti qeydə alınıb

Siyasət Materials 22 Noyabr 2005 12:43 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax Regional İnkişaf şöbəsindən Trend in nümayəndəsinə bildirilib ki, 2005-ci ilin noyabr ayına olan son məlumatına görə, regionda sənaye, ticarət və xidmət sahələri üzrə irili-xırdalı cəmi 79 sahibkarlıq subyekti qeydə alınıb. Bunlara tikinti və tikinti materealların istehsalı üzrə 11, yeyinti məhsulları və emal sahələri 30, xidmət sahələri üzrə 33, ticarət üzrə isə 5 müəssisə aiddir.

Qeyd olunan sənaye müəssisələri ölkənin sənaye məhsulunun 12-13%-ni istehsal edir. Bundan Gəncə şəhərinin payına 6% düşür.

Şöbədən bildirilib ki, Gəncə-Qazax iqtisadi rayonu son bir ildə respublika üzrə 13-14% məhsul istehsal edərək daxili və xarici bazara çıxarıb. Bu məhsulların 27-28% üzüm, 80-85% -i isə kartof məhsuludur. Heyvandarlıq məhsulları isə bu il 14-15% həcmində qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti