...

Meriya ALDP-yə etiraz aksiyası keçirməyə icazə verməyib

Siyasət Materials 22 Noyabr 2005 12:55 (UTC +04:00)

"Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Mərkəzi Seçki Komissiyası qarşısında planlaşdırdığı etiraz aksiyasına icazə verməyib". Bu barədə Trend ə adıçəkilən partiyanın sədri Fuad Əliyev bildirib.

Qeyd edək ki, ALDP noyabrın 22, 24 və 26-da müxtəlif vaxtlarda Mərkəzi Seçki Komissiyası qarşısında etiraz aksiyaları planlaşdırıb.

Bakı meriyası adıçəkilən partiyaya ünvanladığı müraciətdə bildirib ki, seçkilərin nəticələri ilə bağlı MSK-nın son qərarı olmadığından və qanun pozuntuları ilə bağlı araşdırmalar aparıldığından aksiyalara ehtiyac görülmür.

Xəbər lenti

Xəbər lenti