...

Asim Mollazadə Mixail Saakaşvili və Met Brayzla görüşüb

Siyasət Materials 22 Noyabr 2005 15:09 (UTC +04:00)

Gürcüstanda "Qızılgül inqilabı"nın ikinci ildönümü mərasimlərində iştirak edən Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə bu ölkənin prezidenti Mixail Saakaşvili ilə görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Görüşdə 6 noyabrda Azərbaycanda keçirilmiş parlament seçkiləri, seçkidən sonra ölkədəki vəziyyət, Azərbaycanla Gürcüstan arasındakı münasibətlər, bu ölkələrdə demokratiyanın inkişafı, hər iki dövlətin Avroatlantik məkana inteqrasiyası və digər məsələlər müzakirə olunub.

Asim Mollazadə Tiflisdə, həmçinin, ABŞ-ın dövlət katibinin köməkçisi Met Brayzla da görüşüb. Bu görüşdə də ölkəmizdəki son ictimai-siyasi durum, parlament seçkilərinin nəticələri, Cənubi Qafqazın Avroatlantik məkana inteqrasiya perspektivləri müzakirə olunub. A.Mollazadə ABŞ Dövlət Departamentinin nümayəndəsinə Azərbaycandakı proseslərlə bağlı ətraflı məlumat verib və onun suallarını cavablandırıb.

Xəbər lenti

Xəbər lenti