...

Azərbaycanın xarici işlər nazirinin müavini Astanaya yola düşüb

Siyasət Materials 22 Noyabr 2005 18:38 (UTC +04:00)

Noyabrın 22-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov işgüzar səfərlə Astanaya yola düşüb. Azərbaycan XİN-dən Trend ə verilən məlumata görə, X.Xələfov və onu müşayiət edən ekspert qrupu Xəzəryanı ölkələrin Xəzərin statüsunun müəyyən edilməsi üzrə Xüsusi İşçi Qrupunun noyabrın 23-24-də Astanada keçiriləcək XIX iclasında iştirak edəcək.

Ekspertlər Konvensiya layihəsi üzərində işi davam etdirəcək və Xəzəryanı ölkə başçılarının növbəti sammitinin keçirilməsi ilə bağlı məsələyə baxacaqlar. X.Xələfovun Tükmənistan və İran ekspertləri ilə ikitərəfli görüşləri də gözlənilir.

Xatırladaq ki, XİQ-in XVIII iclası oktyabrın 6-7-də Bakıda keçirilib.

Xəbər lenti

Xəbər lenti