...

ABŞ Konqresi Azərbaycan prezidentinin seçkilərdən sonra qəbul etdiyi qərarları müsbət qiymətləndirir

Siyasət Materials 22 Noyabr 2005 18:40 (UTC +04:00)

Trend bildirir ki, ABŞ Konqresi Azərbaycan prezidentinin seçkilərdən sonra qəbul etdiyi qərarları müsbət qiymətləndirir.

ABŞ Konqresinin Florida ştatından olan üzvü, respublikaçı İleana Ros-Letinen prezident İlham Əliyevin seçkilərdən sonra atdığı addımları müsbət qiymətləndirib. O, Azərbaycan prezidentini öz fəaliyyətini ABŞ, beynəlxalq ictimaiyyət və ölkə daxilindəki bütün dairələrlə davam etdirərək gələcəkdə daha azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün mühüm islahatlar həyata keçirməyə çağırıb.

Nümayəndələr Palatasındakı çıxışında xanım Ros-Letinen bəyan edib ki, Azərbaycanda keçirilmiş 6 noyabr parlament seçkilərində ötən seçkilərlə müqayisədə xeyli irəliləyiş müşahidə olunub. O, ABŞ Dövlət departamentinin rəyinə istinadən qeyd edib ki, Azərbaycan hökuməti çoxsaylı namizədlərin qeydiyyatı, onların KİV-də geniş təqdimatı, pravitelğstvo Azerbaydjana sozdalo vozmojnostğ dlə reqistraüii mnoqoçislennıx kandidatov, ix şirokoqo predstavleniə v sredstvax massovoy informaüii,yerli və beynəlxalq müşahidəçilərin monitorinqi və exit-poll-un keçirilməsi üçün imkanlar yaradıb, seçki siyahılarını təkmilləşdirib, daha aydın və şəffaf səsvermənin keçirilməsi üçün bir sıra digər tədbirlər həyata keçirib.

İleana Ros-Letinen həmçinin seçkilər prosesində baş vermiş mənfi halların ləğv edilməsi ilə bağlı müsbət qərarların zəruriliyini də vurğulayıb.Onun fikrincə, araşdırmalar yalnız seçkilər günü baş vermiş problemlərə deyil, həm də səsvermədən sonra yaranmış ziddiyətlərin aradan qaldırılmasına yönəldilməlidir.

Xəbər lenti

Xəbər lenti