...

"Azadlıq" bloku MSK-dakı nümayəndələrini geri çağıra bilər

Siyasət Materials 22 Noyabr 2005 18:43 (UTC +04:00)

"Azadlıq" blokunun Mərkəzi Seçki Komissiyasındakı üzvlərinin geri çağrılması məsələsi müzakirə oluna bilər". Trend xəbər verir ki, bu barədə adıçəkilən blokun təsisçilərindən olan Müsavat Partiyasının başqanı İsa Qəmbər keçirdiyi mətbuat konfransında bildirib.

İ.Qəmbər onu da bildirib ki, 2005-ci il 6 noyabr parlament seçkilərinin yenidən keçirilməsi ilə bağlı mübarizələri davam edir: "Noyabrın 22-də "Azadlıq" blokunun liderləri ilə Milli Birlik Hərəkatının rəhbəri arasında bir sıra məsələlər müzakirə edilib. Belə qərara gəldik ki, geri çəkilməyək".

İ.Qəmbər onu da vurğulayıb ki, noyabrın 27-nə təyin edilmiş mitinq gündəmdədir.

Xəbər lenti

Xəbər lenti