"Vəhdət Partiyası Azərbaycançı Qüvvələr Blokundan çıxmaq barədə noyabrın 22-də Siyasi Şurada qərar qəbul edib". Bu barədə Trend ə adıçəkilən partiyanın sədri Tahir Kərimli bildirib.
T.Kərimli qeyd edib ki, bununla bağlı AQB-yə müraciət ediblər: "Blokdan çıxmaq barədə Siyasi Şurada qəbul edilən qərar partiyanın Baş Məclisində təsdiq olunmalıdır".
Bundan sonra fəaliyyətlərini müstəqil şəkildə davam etdirəcəklərini deyən T.Kərimli zərurət yaranarsa, hansısa siyasi blokda birləşə biləcəklərini vurğulayıb.