...

"Gəncə Şərab-2" istehsalını ildən-ilə genişləndirir

Siyasət Materials 22 Noyabr 2005 19:41 (UTC +04:00)

1998-ci ildən özəl müəssisəyə çevrilən və Gəncə şəhərində tam gücü ilə işləyən "Gəncə Şərab-2" ASC-nə ötən müddətdə 10,1 miyard manat investisiya qoyulub. Müəssisədən Trend nümayəndəsinə verilən məlumata görə sözügedən cəmiyyət 2000-ci ildə 1,3 milyard, 2001-ci ildə 4 milyard, 2002-ci ildə 8,3 milyard, 2003-cü ildə 10,2 milyard, 2005-ci ildə isə 13 milyard manat dəyərində məhsul istehsal edib.

Müəssisə bu ilin noyabr ayına qədər Dövlət Büdcəsinə 26,8 milyard manat, Dövlət Sosial Müdafiə Fonduna 2 milyard manata yaxın vəsait köçürüb.

"Gəncə Şərab-2" ASC-də 400-ə yaxın işçi çalışır. Hər bir işçiyə verilən orta aylıq əmək haqqı 500 min manata bərabərdir.

Xəbər lenti

Xəbər lenti