...

Azərbaycan prezidenti Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Siyasət Materials 22 Noyabr 2005 21:13 (UTC +04:00)

Noyabrın 22-də prezident İlham Əliyev Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitiyeni qəbul edib. Trend in xəbər verdiyi kimi, qonaq Azərbaycana səfərindən məmnunluğunu bildirib.

"Bu gün mən iqtidar və müxalifət nümayəndələri ilə görüşmüşəm. Hesab edirəm ki, Azərbaycanda bütün istiqamətlərdə doğru addımlar atılır. Mən seçkilərdən əvvəl ölkənin təkamül yolu ilə inkişafı mümkünlüyünü bəyan etmişdim və indi həmin fikrin düzgünlüyünə əmin oldum", - deyə nümayəndə qeyd edib.

İ.Əliyev isə qeyd edib ki, parlament seçkiləri qanunvericiliyə uyğun və demokratik keçirilib. "Biz ümid edirik ki, Azərbaycanda siyasi proseslər zorakılıq və aqressivlik olmadan normal şəraitdə gedəcək. Siyasi mübarizə və siyasi rəqabət təbii haldır", - deyə prezident əlavə edib.

Xəbər lenti

Xəbər lenti