...

Azərbaycan Sosial Demokrat Partiyası "Azadlıq" bloku ilə bir yerdə olmayacaq

Siyasət Materials 23 Noyabr 2005 11:40 (UTC +04:00)

"Azərbaycanın sosil demokratları heç vaxt "Azadlıq" bloku ilə bir yerdə ola bilməz". Bu barədə Trend ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib.

Partiya sədri qeyd edib ki, adıçəkilən blokun liderlərinin heç biri demokrat deyil: "Onların müxalifətin adından danışmağa haqları belə yoxdur. Seçkilərdə məğlub olandan sonra meydana müxalifəti toplayıb inqilab etmək həvəsinə düşənlərə bildirmək istəyirəm ki, bu baş tutmayacaq. Çünki buna zəmin yoxdur".

A.Əlizadə onu da bildirib ki, bu gün özlərini demokratik düşərgənin fədailəri kimi qələmə verənlər əslində başqa yolun yolçularıdır: "Məhz bu göstəricilərə görə biz onlarla birlikdə addımlaya bilmərik...", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti