...

Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı cinayət tərkibli faktları noyabrın 26-dan sonra Respublika Prokurorluğuna göndərəcək

Siyasət Materials 23 Noyabr 2005 12:12 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) nəticələrini ləğv etdiyi seçki məntəqələri üzrə aşkarlanan cinayət tərkibli faktları noyabrın 26-dan sonra Respublika Prokurorluğuna göndərəcək. Bu barədə Trend ə MSK üzvü Yusif Bağırzadə məlumat verib.

O bildirib ki, MSK-nın iclaslarında mütəmadi olaraq nəticələri ləğv olunan seçki məntəqələrində aşkarlanan cinayət tərkibli qanun pozuntuları Respublika Prokurorluğuna ayrı-ayrılıqda göndərilməyəcək. Bu faktların hamısı ümumiləşdiriləcək və ölkə üzrə bütün seçki dairələrində nəticələrlə bağlı araşdırmalar başa çatdıqdan sonra MSK cinayət tərkibli materialların hamısını bir yerdə prokurorluğa təqdim edəcək.

Y.Bağırzadə bildirib ki, indiyədək Respublika Prokurorluğuna yalnız nəticələri ləğv olunmuş dörd seçki dairəsi üzrə cinayət tərkibli faktlar təqdim edilib və cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti