...

Azərbaycançı Qüvvələr Blokunun gələcək fəaliyyəti sual altındadır

Siyasət Materials 23 Noyabr 2005 12:18 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr Blokunun (AQB) gələcək fəaliyyəti sual altındadır". Bu barədə adıçəkilən blokun təsisçilərindən olan İslam Partiyası sədrinin müavini Rövşən Əhmədli bildirib.

Qeyd edək ki, AQB-də üç partiya - Vəhdət, Azərbaycan Sosial Demokrat və İslam partiyaları təmsil olunurdu. Onlardan biri - Vəhdət Partiyası blokdan çıxmaq barədə noyabrın 22-də qərar qəbul edib. Sosial Demokrat Partiyası isə fəaliyyətini seçkilərlə əlaqədar "Yeni Siyasət" blokunda davam etdirir.

R.Əhmədli bildirib ki, Vəhdət Partiyası vaxtından qabaq addım ataraq blokdan çıxıb: "Sosial-demokratların seçkilərin nəticələrindən sonra yenidən bloka qayıdacaqları da sual altındadır. Hər halda onlar Konstitusiya Məhkəməsinin seçkilərin nəticələri ilə bağlı qərarını gözləməliydilər".

AQB-nin seçkidən sonrakı fəaliyyətinə gəldikdə isə R.Əhmədli bu barədə dəqiq söz deyə bilməyəcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti