İlin sonunadək Gürcüstanda ekspertlərin Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə görüşü planlaşdırılıb. Bu barədə Trend ə torpaq və xəritəçəkmə Dövlət komitəsinin sədri Qərib Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Gürcüstan ilə sərhədi 480 km. təşkil edir və buraya 5 sahə, 24 yarımsahə daxildir. Hazırda Gürcüstan tərəfi ilə 7 yarımsahə razılaşdırılıb. "Sərhədlərin topoqrafik xəritələrinin mübadiləsi aparılıb. Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə son görüş Bakıda keçirilib. Növbəti görüş Gürcüstanda keçirilməlidir və burada ekspertlər tərəfindən aşkar edilmiş müxtəlif faktların müzakirəsi nəzərdə tutulur" -deyə o bildirib.
Q.Məmmədov qeyd edib ki, görüşün dəqiq tarixi Gürcüstanın müraciətindən sonra müəyyən ediləcək.