...

Qazaxıstanın təxminən 100-150 vətəndaşı prezident seçkiləri zamanı Azərbaycanda səs verəcək

Siyasət Materials 23 Noyabr 2005 14:12 (UTC +04:00)

Qazaxıstanın təxminən 100-150 vətəndaşı həmin ölkədə dekabrın 4-də keçiriləcək prezident seçkiləri zamanı Azərbaycanda səs verəcək. Bu barədə Trend ə Qazaxıstanın Azərbaycandakı konsulu Dastan Süleymonov bildirib.

Onun sözlərinə görə, bu vətəndaşlar səfirliyin əməkdaşları və onların ailə üzvləri, müxtəlif şirkət və firmaların əməkdaşları, Azərbaycanda işləyən Qazaxıstan vətəndaşları, eləcə də həmin ölkənin seçkilər günü müvəqqəti Bakıda olan vətəndaşlarıdır. Konsul qeyd edib ki, Azərbaycanda səs verəcək seçicilərin siyahısı hələlik dəqiqləşdirilir. Onun sözlərinə görə, Qazaxıstanın Mərkəzi Seçki Komissiyası Azərbaycanda bir seçki məntəqəsi təşkil edib. Konsul bildirib ki, səsvermənin nəticələri həmin gün Astanaya göndəriləcək.

Xatırladırıq ki, bugünkü gündə Qazaxıstan MSK 5 namizədi qeydə alıb, onların arasında hazırkı prezident Nursultan Nazarbayev də vardır.

Xəbər lenti

Xəbər lenti