...

Gəncədə Şəhər və Regional İnkişaf Strategiyaları proqramı çərçivəsində yerli və beynəlxalq mütəxəsislər qrupunun üzvlərinin görüşü keçirilib

Siyasət Materials 23 Noyabr 2005 16:10 (UTC +04:00)

Bu gün Gəncə-Qazax Regional İnkişaf şöbəsində Şəhərlər Alyansının Azərbaycanda Şəhər və Regional İnkişaf Strategiyaları proqramı cərçivəsində yerli və beynəlxalq mütəxəsislər qrupunun üzvləri görüş keçiriblər.Qonaqların arasında Şəhərlər Alyansı layihəsinin işci heyyətinin rəhbəri Maykl Qorelik də var idi.

"Yoxsulluğun azaldılması və iqdisadi inkişaf üzrə" Dövlət proqramının Katibliyində Asiya İnkişaf Bankı və BMT İnkişaf Pproqramı ilə birlikdə Şəhərlər Alyansının "Azərbaycanda şəhər regional inkişaf strategiyaları" layihəsi fəaliyyətə başlayıb. Bu layihə çərçivəsində Gəncə, Mingəçevir və Şəki şəhərlərində uzunmüddətli sosial-iqdisadi inkişaf planlarının, həmçinin, sözügedən şəhərlərdə spesefik problemlərin həllinə yönəlmiş ləyihələrin ilkin texniki-iqdisadi və maliyyə əsaslandırılmasının hazırlanması nəzərdə tutulur.

Şəhərlər Alyansı layihəsinin işci heyyətinin rəhbəri xarici qonaq Maykl Qorelik bizimlə söhbətində bildirib ki, bu layihə inkişaf proqramı üzrə həyata keçiriləcək. "Burada Gəncədə olan problemlər, onların həlli yolları, inkişafı üçün nələr lazımdır və nə qədər spesifik layihələr olacağı öyrəniləcək. Bütün bu layihələr pilot, yəni öyrənmə xarakteri daşıyacaq".

Bu layihəni 5 nəfərlik müxtəlif ekspert qrupları həyata keçirəcək. Bu işlər iqdisadi, sosial, inzibati sahələrdə yerli icra hakimiyyətləri və bələdiyyələrlə aparılaaq.

Yekun olaraq ekspert qrupları yerlərdə lazım olan layihələri üzə çıxaracaq. Və daha sonra Asiya Bankı və BMT-nın İnkişaf Proqramı və digər beynəlxalq qurumlar bu layihələri maliyyələşdirəcək.

Xəbər lenti

Xəbər lenti