...

Hüquq müdafiəçiləri müxalifətə radikal mübarizə aparmağı məsləhət bilməyiblər

Siyasət Materials 23 Noyabr 2005 17:20 (UTC +04:00)

"2003-cü il məlum oktyabr hadisələrinin təkrarlanmaması üçün müxalifət heç bir radikal addımlar atmamalıdır". Trend xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib.

S.Qocamanlı seçkilərin nəticələri ilə razılaşmayan müxalifət qüvvələrinə dinc mübarizə variantı seçmələrini məsləhət görüb: "Bizim apardığımız müşahidələrə əsasən 52 seçki dairəsində nəticələr ləğv olunmalıdır. Bununla bağlı bir sıra beynəlxalq təşkilatlara müraciət etmişik".

Digər hüquq müdafiəçisi Novella Cəfəroğlu da seçkilərin nəticələrinə etiraz olaraq mübarizənin dinc və sivill qaydada aparılmasını təklik edib: "Mənim gəldiyim qənaət isə budur ki, 36 seçki dairəsinin nəticələri ləğv olunmalıdır".

Hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Arzu Abdullayeva və İlqar İbrahimoğlu da müxalifəti bundan sonra da mübarizələrini dinc yollarla davam etdirməyi məsləhət görüblər.

Qeyd edək ki, noyabrın 22-də "Azadlıq" blokunun seçkilərin nəticələri ilə bağlı keçirdiyi dəyirmi masada Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu çıxışında gələcək mübarizə üsullarından biri kimi radikal addımların da atılacağını istisna etməyib.

Xəbər lenti

Xəbər lenti