...

Azərbaycanda Yaponiya hökumətinin qrant proqramı çərçivəsində daha iki layihə gerçəkləşdiriləcək

Siyasət Materials 23 Noyabr 2005 17:33 (UTC +04:00)

Azərbaycanda Yaponiya hökumətinin "İnsan təhlükəsizliyi və otların kökü" qrant proqramı çərçivəsində daha iki yeni layihə gerçəkləşdiriləcək. Yaponiyanın Azərbaycandakı səfirliyində Trend ə bildirilib ki, noyabrın 25-də səfirlikdə bu layihələrin gerçəkləşdirilməsinə dair sazişin imzalanması mərasimi keçiriləcək.

Bu layihələrdən biri "Astara rayonunun Artopa kəndində orta məktəbin yenidən qurulması layihəsi"dir və bu layihə Azərbaycanın "Qadınlar dünyası" QHT tərəfindən gerçəkləşdiriləcək. "Yevlax şəhərinin və ona yaxın rayonların idman avadanlığı ilə təmin edilməsi" adlı ikinci layihəni isə "Azərbaycanın könüllülər Cəmiyyəti" QHT gerçəkləşdirəcək. Səfirlikdə qeyd olunub ki, Yaponiya hökuməti hər iki layihənin maliyyələşdirilməsinə $180 228 ayırıb.

Xəbər lenti

Xəbər lenti